Pentaqonun keçmiş müşaviri: Zelenski Ukraynadan qaçmağa çalışacaq

Pentaqonun keçmiş müşaviri:  Zelenski Ukraynadan qaçmağa çalışacaq
19 Apr 2024 15:32

"Ukrayna lideri Vladimir Zelenski Silahlı Qüvvələrin Rusiya ordusu tərəfindən məğlub edilməsindən sonra ölkədən qaçmağa cəhd edə bilər".

News365.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Deep Dive"ə açıqlamasında deyib.

“Güman edirəm ki, Zelenski sadəcə təyyarəyə minib uçacaq. Əks halda, onun ölkədə vurulmaq şansının yüksək olduğunu düşünürəm”, - deyə o vurğulayıb. Makqreqorun sözlərinə görə,  onun öldürülməsini, elə “öz adamları” təşkil edə bilər.

Xatırladaq ki, dünən Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna prokurorluğu və Təhlükəsizlik Xidməti ilə birgə Vladimir Zelenskiyə sui-qəsd planı hazırlamaqda və Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən Polşa vətəndaşı olan Pavel K.-ni saxlayıblar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər