Paşinyana yaltaqlandığı üçün vəzifəyə gətirildi

Paşinyana yaltaqlandığı üçün vəzifəyə gətirildi
02 İyl 2025 14:03

Ermənistanda tragikomik hadisə baş verib. Tanınmış araşdırmaçı jurnalist Voskan Sarkisyanın yaydığı məlumata görə, Kirançda bir nəfər baş nazir Nikol Paşinyanla iki əlli görüşüb yaltaqlandığı üçün vəzifəyə gətirilib. O, yazıb: “Kirançda Nikol Paşinyana iki əli ilə salam verən adama yeni vəzifə verildi. İyunun 27-də Tavuş qubernatoru Hayk Qalumyan Volodya Babinyanın ərizəsini qəzbul edərək onu Kiranç  məktəbinin direktoru vəzifəsindən azad edib. 2020-ci il iyulun 6-da onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İyunun 30-da vilayətin qubernatoru V.Babinyanı Kirançda digər vəzifəyə təyin edib. Vilayət qubernatorunun 30 iyun tarixli digər qərarı ilə Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsabiqənin nəticələrinə əsasən direktor bu vəzifəyə seçilənə qədər Kiranç  məktəbinin direktor müavini Susanna Paşinyan direktor təyin edilib. Nə baş verir? V.Babinyanın əmək müqaviləsi iyulun 6-da başa çatmalı idi. Onun bu ay, iyulda 62 yaşı tamam olur. Babinyan 2024-cü il sentyabrın 2-də Kirançda yeni tikilən məktəbdə sərhədlərin müəyyənləşdirilməsi adı ilə kənddən Azərbaycana 15 hektar torpağı verən Nikol Paşinyanı böyük sevinclə və hər iki əli ilə diqqət çəkəcək şəkildə salamlayaraq qarşılamışdı. Kiranç sakinlərinin sözlərinə görə, V.Babinyan Azərbaycana verilən torpaq sahəsinə görə dövlət büdcəsindən pul kompensasiyası da alıb. Vilayətin qubernatoru Q.Qalumyan Babinyana artıq yeni vəzifə verib, onu 2024-2025-ci tədris ilində məktəbin inzibati-təsərrüfat hissəsinin koordinatoru təyin edib ki, bu da İrəvandakı böyük məktəbə rəhbərlik kimi bir şeydir. Kirants sakinlərinin sözlərinə görə, Kirants məktəbinin direktoru vəzifəsini icra edən Susanna Paşinyan isə əvvəllər fizika təhsili alıb və indiki hakimiyyətin pərəstişkarıdır", - o yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada