“Paşinyan Ermənistan cəmiyyətini sülhə hazırlayır“- Ceyhun Məmmədov

“Paşinyan Ermənistan cəmiyyətini sülhə hazırlayır“-  Ceyhun Məmmədov
23 Apr 2024 10:08

"Biz uzun müddətdir müşahidə edirik ki, Paşinyan Ermənistan cəmiyyətini sülhə hazırlayır. Bu uzun prosess də özünü göstərirdi". 

Millət Vəkili Ceyhun Məmmədov bunu News365.az-a açıqlamasında deyib. 

"Zaman-zaman Ermənistanın sülh yolunda ziddiyətlərini də görürdük. Ancaq ümumi verilən mesajlar onu göstərirdi ki,  Paşinyan çalışır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olsun. Ermənistan buna könüllü getmir, sadəcə olaraq anlayır ki, başqa yolu yoxdur. Dəfələrlə cənab prezident Ermənistana ciddi xəbərdarlıq etmişdi. Sonuncu xəbərdarlıqlarından biri ondan ibarət idi ki, Ermənistan Azərbaycan tərəfinin bütün şərtlərini qəbul etməlidir. Artıq Ermənistan anlayır ki, Qərbin dəstəyinə baxmayaraq, Azərbaycan öz məqsədinə doğru irəliləyir. cənab prezidentin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi siyasət onu göstərir ki, Ermənistan, xüsusilə Paşinyan anlayır ki, artıq Azərbaycanla hədə-qorxu dilində danışmaq mümkün deyil. Əgər Ermənistan bu formada davam edərsə, prosesslər onun əleyhinə işləyə bilər. Ona görə də ağır mərhələdən sonra, Paşinyan açıqlamasını verir, Ermənistan cəmiyyətini ona hazırlayır ki, bizim cəmiyyətdə revanşizmə son qoyulmalıdır. Ermənistan 30 il ərzində həm Azərbaycanı, həm Türkiyəyə ərazi iddiası ilə nə qədər geri düşdü. Söhbət bütün regional lahiyələrdən təcid olundu. Ermənistan bu günə kimi daha böyük inkişaf yolu keçə bilərdi. Ona görə Paşinyan yeni bir mərhələyə qədəm qoyur. Mən istisna etmirəm ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər"- deyə əlavə edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər