“Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunmasına nail olmuşuq”.
News365.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Elkiyar Ziyadov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu məqsədlə e-ahik.az (Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi) istifadəyə verilib: “2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1.5 dəfə çoxdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı icra olunur”.
E. Ziyadov, həmçinin bildirib ki, “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər də olacaq.