“Ömrümün bütün saatlarını satmışam“- İradə İsaqdan maraqlı paylaşım

“Ömrümün bütün saatlarını satmışam“-  İradə İsaqdan maraqlı paylaşım
18 Apr 2024 17:56

Jurnalist İradə İsaq feysbuk səhifəsində paylaşım edib. 

News365.az paylaşımı təqdim edir:

"Artıq neçə dəfədir ki, evimdəki əzizim Bəhriyyə deyir ki, havalar qəşəngləşib. Parklarda hamı piknik edir. Nə olar, bir dəfə də biz gedib oturaq. Bellanın da xoşu gələcək. Bəlkə yeməyi də yaxşılaşar, iştahı açılar uşağın.

Elə hər dəfə "hə, mütləq" deyirəm. Amma gedə bilmirəm.

Dərsim, təlimim hədsiz çoxdur, bu yaxşı, ancaq...

Oturub hesabladım. Ömrümün bütün saatlarını satmışam. Saat 11.00-23.00 qədər. Arada sadəcə yarım saat çay, yemək fasiləsi var. Çənəm yerindən oynayıb, telefona baxmaqdan gözlərim axır.

Yaşar da dillənir artıq. "Bezdik bu dərslərindən. Heç olmasa, gecə dərslərini saxla."

Olmur, uşaq oxudursan, valideynlər xəstə...

Günəş elə gözəl parlayır ki... Hava aprelin ilıqlığı dolu. Ömür isə sürətlə axır. Bir də bu günləri mənə kim verəcək? Hər biri qızıla bərabər.

İş üçün satırıq ömrümüzün saatlarını. Qazancımız de, bumu? Mənəvi aclığımız bəs? Onu necə doyuraq?

Sonra da gəlsin gülüm tükənmişlik sindromunun fəsadları, dərmanlar, həkimlər...

Ehhh, insan nə vaxt qabağa düşəcək? Nəyisə qazananda, nəyisə itirməkdən bezmişəm."- deyə paylaşım edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər