Olimpiadada özünü partladacağını deyən fransız saxlanılıb

Olimpiadada özünü partladacağını deyən fransız  saxlanılıb
26 Apr 2024 11:00

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında təhlükəsizliyin təmini çətin olacaq.

News365.az xəbər verir ki, bunu bu günlərdə Olimpiya oyunları zamanı terror törətmək və ya özünü kamikadze kimi partlatmağı planlaşdıran bir gəncin saxlanılması da sübut edir. 

Xarici KİV-in yaydığı məlumata görə, gənc bu təhlükəli istəyini sosial şəbəkələrdə paylaşımlar edərək ortaya qoyub. Bu isə cəmiyyətdə kifayət qədər ajiotaj yaradıb.

Fransanın BFMTV telekanalının yaydığı məlumata görə, asayiş qüvvələri səfərbər olunaraq həmin "kamikadze"nin axtarışına göndərilib. Onlar təhlükəli çağırışlar edən fransızı Yuxarı Savoyedə taparaq həbs ediblər. Hazırda polis bunun gəncin kortəbii, məsuliyyətsiz paylaşımları olub-olmamasını araşdırır. Oğlanın  arxasında hansısa terrorçuların olması da dəqiqləşdirilir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər