ABŞ-ın Nyu-York şəhərində kütləvi atışma baş verib. Hadisə nəticəsində azı 3 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı yayılan ilkin məlumatlara görə, atəş açanların bir neçəsi olub və onlar hadisə yerindən qaçıblar.
İnsidentin baş verdiyi əraziyə çoxlu sayda polis qüvvəsi və təcili tibbi yardım maşınları cəlb olunub. Hazırda cinayətkarların axtarışları davam etdirilir.