Murat Övüçdən Nihal Candanla bağlı qalmaqallı açıqlama: “Günlərlə Nihalə qarğış etdi”

Murat Övüçdən Nihal Candanla bağlı qalmaqallı açıqlama: “Günlərlə Nihalə qarğış etdi”
02 İyl 2025 09:18

Sosial media fenomeni Nihal Candan, səhhətindəki ciddi problemlər səbəbilə azadlığa buraxıldıqdan sonra müalicə aldığı müddətdə vəfat edib.

Həbsdə olduğu zaman anoreksiya nevroza diaqnozu qoyulan Candanın azadlığa buraxıldıqda 37 kilo, ölümündən əvvəl isə cəmi 23 kilo çəkidə olduğu bildirilib. Məlumata görə, xəstəliyi ağırlaşdıqdan sonra ürəyi ikinci dəfə dayanıb və bu səbəbdən həyatını itirib.

Candanın ölümündən sonra sosial media fenomeni Murat Övüç-ün bir proqramda səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Övüç verilişdə deyib:

“Nihal’in evli bir sevgilisi vardı. Bu münasibət bitdikdən sonra həmin şəxs intihar etdi. Onun həyat yoldaşı isə günlərlə Nihalə bəddua etdi. Yorumsuz…”

Bu açıqlama sosial şəbəkələrdə böyük reaksiya doğurub. Candan ailəsi hələlik məsələyə münasibət bildirməyib.


Sizin reklam burada
Sizin reklam burada