Müəllim TikTok rəqsinə görə işini itirdi

Müəllim TikTok rəqsinə görə işini itirdi
23 Apr 2024 13:00

İngiltərə Corciya Rocers adlı ibtidai sinif müəllimindən danışır. O, doqquz yaşlı şagirdlərə TikTok rəqsi öyrətdikdən sonra işini itirib.

News365.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

"Corciya Rocers 2019-cu ildən bəri Linkolnşir ştatının Qrantham şəhərindəki ibtidai məktəbdə işləyir. 2021-ci ilin iyul ayının son günündə beşinci sinif şagirdləri müəllimlərindən "TikTok rəqsi" göstərməyi istəyiblər. O, bununla maraqlanıb və uşaqlara da məlum hərəkətləri öyrənməyi təklif edib. Müəllim hazırladığı rəqsi sadəcə videoya çəkib", - nəşr yazıb.

Qeyd edilir ki, video heç bir sosial şəbəkəyə yüklənməyib. Lakin hadisə məktəb rəhbərliyinin narahatlığına səbəb olub.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər