Rusiyanın başlatdığı gərginlik, azərbaycanlılara qarşı olan vəhşiliklər Ermənistan cəmiyyətində sevinclə qarşılanır. Məsələn, Ermənistan Milli Assambleyasının "Şərəfim var" fraksiyasının katibi, deputat Tiqran Abramyan Facebook-da paylaşım edərək yazıb ki, guya bütün günahlar məhz Azərbaycan tərəfindədir: “Rusiya-Azərbaycan gərginliyi yeni mərhələyə qədəm qoyub. Belə bir mərhələdə həm Azərbaycanda, həm də xüsusilə Rusiyada zorakılıq və təhqir epizodları ilə müşayiət olunan həbslər silsiləsi başlayıb.
Ötən həftə həm də ona görə önəmli dövr sayıldı ki, İran Azərbaycana qarşı yüksək səviyyəli ittihamlar səsləndirdi. İlk baxışdan mövzu aydın görnüsə də, necə deyərlər, problemin "çöküntü"sü hələ uzun müddət qalacaq".
Separatçı rejimin keçmiş məmuru olmuş Tiqran dəxlsiz şəkildə İran amilini də qabardaraq iddia edib ki, guya Azərbaycan bölgədə hegemonluğa çalışır. Məhz bu səbəbdən iki ölkə rəsmi Bakıya qarşı çıxır: "İran-Azərbaycan və Rusiya-Azərbaycan qarşıdurmalarının səbəbləri çoxdur. Lakin əsas səbəblərdən biri 44 günlük müharibədəki uğurdan sonra Azərbaycandakıların qələbədən eyforiyaya düməsidir. Onlar regional ambisiyalarını kəskin şəkildə artırıblar.(Hər iki halda Zəngəzur məsələsini nəzərdə tutur-red.).
Tural