Milli Məclisin ilk iclası qapalı keçiriləcək

Milli Məclisin ilk iclası qapalı keçiriləcək
23 Sen 2024 10:10

VII Çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası bu gün qapalı formada keçiriləcək. 

News365.az xəbər verir ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında növbədənkənar seçkilərin nəticələri təsdiqlənib.


Sizin reklam burada
Sizin reklam burada