Məşhur tarixçi: ABŞ-nin Kiyevə yeni yardım paketi sonuncu olacaq

Məşhur tarixçi:  ABŞ-nin Kiyevə yeni yardım paketi sonuncu olacaq
23 Apr 2024 11:30

Amerikalı məşhur tarixçi və siyasi şərhçi Den Lazar Ukrayna ilə bağlı diqqət çəkən açıqlamalar verib. News365.az xarici KIV-ə istinadən xəbər verir ki, o, Vaşinqtonun Ukraynaya ayırdığı çoxmilyardlı yardım paketinin Konqresdə təsdiqlənən sonuncu paket olacağını deyib.

Lazar qeyd edib ki, Kiyevin əhalisi Ukraynadan 4 dəfə çox, iqtisadiyyatı 10 dəfə güclü olan Rusiyanı məğlub etmək şansı yoxdur. Ona görə də Ukrayna döyüş meydanında vəziyyətin köklü şəkildə dəyişməsinə nail ola bilməyəcək. Məhz bu səbəbdən də ABŞ Konqresi sonuncu dəfə Ukraynaya belə güclü yardım paketini təsdiqləmiş olacaq.

Lazarın fikrincə, Ukrayna hakimiyyəti münaqişəni uzatmaqla öz mövqelərini daha da pisləşdirəcək və sonda Rusiyaya ciddi güzəştə getməyə məcbur olacaq. Tarixçi onu da vurğulayıb ki, hadisələrin bu cür inkişafı ilə Rusiya yenidən Avropada hamının hesablaşmaq məcburiyyətində qalacağı qüvvəyə çevriləcək. ABŞ-nin isə Moskvaya təsiri azalacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər