Məşhur fransız muzdlu döyüşçü öldürüldü

Məşhur fransız muzdlu döyüşçü öldürüldü
02 İyl 2025 15:45

Ukraynada daha bir məşhur muzdlu döyüşçü öldürülüb. Bu barədə hərbi müxbir Boris Rojin Telegram kanalında məlumat yayıb. Qeyd edilib ki, fransız muzdlu "Fox" çağırış nişanlı Kevin Migel Kartye Juqlet rusların xüsusi əməliyyat bölgəsi (SVO, işağlçı müharibəyə verilən ad-red.) adlandırdıqları Ukrayna cəbhəsində öldürüldü. 

Hərbi müxbirinin sözlərinə görə, Juqlet Fransanın Manosk şəhərindən imiş.


"İvano-Darievka yaxınlığında ağır itkilərdən sonra o, bədnam 47-ci briqadaya düşüb və Sumı bölgəsində "Banderaya bilet" alıb",- Rojin muzdlunun ölümünü lağlağı edib.

Sosial şəbəkələrdə fransız muzdlunun məşhur döyüşçülərdən biri olduğu iddia edilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada