Məşhur "Aydar" batalyonunun döyüşçülərini tələyə saldılar

Məşhur "Aydar" batalyonunun döyüşçülərini tələyə saldılar
20 May 2025 12:02

Rusiya hərbçiləri Ukraynanın məşhur “Aydar” batalyonunun döyüşçülərini Donetsk bölgəsində və Ukraynanın Dnepropetrovsk vilayəti sərhədindəki Novoukrainka kəndi yaxınlığında qaçmağa cəhd göstərən zaman öldürüblər. Əsgərlər prosesi FPV pilotsuz uçan aparatından istifadə edərək lentə alıblar. Bu barədə TASS-a Rusiya təhlükəsizlik orqanlarındakı mənbə bildirib.

Agentliyin dərc etdiyi kadrlarda yolda radioelektron mübarizə (REB) sistemləri ilə təchiz edilmiş yolsuzluq avtomobilinə pilotsuz təyyarənin zərbə endirməsi əks olunub.

TASS-ın mənbəsi qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin PUA operatorları "Aydar" döyüşçülərinin olduqları yerə endirilən zərbədən sonra onların ərazini tərk etməyə çalışmasını izləyiblər. O, maşına endirilən zərbə nəticəsində səkkiz döyüşçünün öldürüldüyünü deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada