Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bununla bağlı Qərbi Azərbaycan İcmasını sədri Əziz Ələkbərli News365.az-a müsahibə verib.
"Bugünki tədbir Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində Bakı şəhərində keçirilən ilk beynəlxalq tədbidir. Bu tədbirdə müxtəlif xarici ölkələrdən 4 artıq mütəxəssis, siyasətçi. Vətəndaş Cəmiyyətinin nümayəndələri, millət vəkilləri iştirak edir. Bizim bu tədbirdə əsas məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini, yəni son 200 il ərzində tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisində soydaşlarımıza qarşı aparılan etnik bir təmizləmə, departasiya, soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Elə hesab edirik ki, bu tədbir nəticəsində niyətimizə nail olcayıq. Təbii ki, bu ağrılı bir prosessdir. Ermənilər yüz illər boyu dünya ictimaiyyətini öz saxta yalanları ilə xeyli dərəcədə, həqiqət olmayan məsələlərə inandıra bilib. Ancaq bizim qarşımızda xüsusilə də Qərbi Azərbaycan icması olaraq əsas vəzifələrdən biri bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Biz bugünki görüşlər nəticəsində bir daha şahid olduq ki, bu həqiqətlər barədə dünya ictimaiyyətinin bir o qədərdə məlumatı yoxdur. Bu da təbiidir. Çünki, 30 il ərzində Azərbaycan öz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük güc sərf edib, lakin Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa bizim bir o qədər də imkanımız olmayıbdır. 44 günlük vətən müharibəsindən sonra cənab prezidentimizin siyasəti ilə tapşırığı ilə biz artıq bu həqiqətləridə dünya ictimaiyyətinə çatdırmağa başlamışıq. Dünya bilməlidir ki, erməninin dərdi erməninin məsələsi tək Qarabağ məsələsi deyil. Bu erməninin cənub Qafqazda həyata keçirtmək istədiyi bədnam siyasətin ancaq bir halqasıdır. Qarabağ məsələsindən xeyli əvvəldə 200 il bundan əvvəldən başlayan ermənilar tarixi torpaqlarımızda yəni insanlarımızın, soydaşlarımızın min illər boyu yaşadığı ata-baba yurdlarında onlara qarşı müxtəlif cinayətlər törədiblər, etnik təmizləmə aparıblar. XlX əsrin əvvəllərində bura küçürüldükləri ilk gündən buradakı yeri əhaliyə qarşı etnik təmizləmə siyasəti apardılar. Bu etnik təmizləmə, soyqırım, tepartasiya siyasəti tək insanlarımıza qarşı aparılmayıb, eyni zamanda bu ərazidə Azərbaycan mədəni irsinə qarşı, Azərbaycan irslərinə qarşı apardığı və bundanda ermənilərin məqsədi bu ərazidə guya qədimdən yaşadıqlarını sübüt etməkdir. Halbuki, bunu sübut etməyə onların kifayət qədər mütaliyə faktıda yoxdur. Bütün faktlar da sənətlər də mənbələr də bu ərazilərin yəni indiki Azərbaycan dediyimiz tarixi Azərbaycan torpaqlaqlarını, Qərbi Azərbaycan ərazisinin tarixin ilk çağlarından bəri Azərbaycan türklərinin, Azərbaycan xalqının onların əcdadlarının ata-baba yurdu olduğunu sübut edir. Ona görə də Qərbi Azərbaycan icması olaraq bizim əsas vəsifəmiz həmin ərazidəki xalqımıza məxsus olan bütün mədəni irsə sahib çıxmaq, bütün tarixi həqiqətləri ortaya qoymaq və bunun nəticəsi olaraq həqiqətlərin, faktların dünya ictimaiyyətinə çatdırmaqdır ki, bu gün keçirilən bu beynəlxalq konfransa bu istiqamətdə irəliyə atılan növbəti addımlardan biridir. Təbii ki, bizim niyətimiz bu cür beynəlxalq konfransları həçm xaricdə həm də hər il Azərbaycanda davamlı olaraq biz bu beynəlxalq konfranları keçrəcəyik. dünya ictimaiyyətinə nəhayətki ermənilərin əs niyəti, əsl mahiyəti barədə bütün həqiqətləri bilməlidirlər və bu məsələdə Qərbi Azərbaycan icması ən böyük vəzifəsidir" - deyə Əziz müəllim bildirdi.
Vəfa Vəliyeva