Rusiya Federasiya Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə bağlı paylaşımına münasibət bildirib.
News365.az xəbər verir ki, Medvedyev bununla bağlı X səhifəsində paylaşım edib.
“Trampın Putinin “odla oynaması” və Rusiya barəsində “çox pis şeylər” haqqında sözlərinə gəldikdə: Mən real olanı bircə pis şeyi bilirəm: Üçüncü Dünya müharibəsi... Ümid edirəm ki, Tramp bunu anlayır”, - deyə o bildirib.
Qeyd edək ki, Tramp sosial şəbəkə paylaşımında Putinin odla oynadığını, özünün Rusiyanı pis şeylərdən qoruduğunu yazmışdı