Marsda həyat başlayır?- İlon Maskdan sensasion PLAN

Marsda həyat başlayır?- İlon Maskdan sensasion PLAN
15:50

"SpaceX" şirkətinin rəhbəri İlon Mask Marsın kolonizasiya proqramı ilə bağlı yeni planlarını gələn həftə ictimaiyyətə təqdim edəcək.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Maskın sözlərinə görə, təqdimat Texasdakı Starbase kosmodromunda baş tutacaq və bu, "Starship" raketinin mümkün olan doqquzuncu sınaq uçuşundan əvvəl reallaşacaq. Tədbir canlı olaraq sosial platforma X-də yayımlanacaq.

Qeyd edək ki, Maskın bu çıxışı Marsa insan köçünü reallaşdırmaq istiqamətində növbəti addım kimi qiymətləndirilir və kosmos sənayesində böyük maraq doğurub.


Sizin reklam burada
Sizin reklam burada