Ötən gün axşam Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarına telefon zənginin məqsədi ilə bağlı Fransa mətbuatında geniş şərhlər verilib.
News265.az xəbər verir ki, fransız qəzeti “Le Parisien” bunun daha çox Fransa Makronun İran məsələsi ilə bağlı danışıqlarda Avropa İttifaqının vasitəçilərdən olmaq istəyini Vladimir Putininin diqqətinə çatdırmaqla bağlı olduğunu yazıb.
Qəzetdə o da bildirilir ki, danışıq zamanı prezidentlər Rusiya və Fransanın Yaxın Şərqdə sülhün qorunması və nüvə silahının yayılmaması üçün xüsusi cavabdehlik daşıdığını da qeyd ediblər.