Maaşını istədiyi üçün işçinin dişlərini kəlbətinlə ÇƏKDİLƏR - FOTOLAR

Maaşını istədiyi üçün işçinin dişlərini kəlbətinlə ÇƏKDİLƏR - FOTOLAR
16 İyl 2024 19:15

Şanlıurfada 22 yaşlı Vedat Kurtun başına gələn hadisə hər kəsi  şoka salıb. 

 Türkiyə mətbuatına istinadən yazır ki, atası illər öncə dünyasını dəyişən və  anası, qardaşı ilə yaşamağa başlayan Kurt 4 il əvvəl Antalyada avtoservis sexində fəhlə kimi işə başlayıb. 2 ildir işlədiyi yerdən, son aylarda almadığı maaşını istəyəndə başına ağlasığmaz hadisələr gəlib.

Jurnalist Mehmet Yetimə danışan Vedat Kurtun iddialarına görə iş yerində ortaq olan 4 nəfər şəxs pulunu istədiyi üçün ona hər cür işgəncə veriblər.  Gənci öncə elektrik cərəyanı ilə cəzalandırıblar. İşgəncələrin miqyası günü-gündən artıb. Daha sonra  dişləri kəlbətinlə çəkilən Vedat Kurtu böcək yeməyə məcbur ediblər. Cinayətkarlar bu anı əks etdirən kadrları isə fotolarla əbədiləşdiriblər. 

Kurtu 3 ay girov saxlayıb, ona vəhşicəsinə zorakılıq etməyə davam ediblər.  Araşdırmalar zamanı təqsirləndirilən 4 şəxsin telefon qeydlərində işgəncə görüntüləri tapılıb. Bu faktlar Antalya şəhər Prokurorluğunun Ekspert Hesabatında yer alıb.

 

 

 

 

 

 

 

 

 


Sizin reklam burada
Sizin reklam burada