Şanlıurfada 22 yaşlı Vedat Kurtun başına gələn hadisə hər kəsi şoka salıb.
Türkiyə mətbuatına istinadən yazır ki, atası illər öncə dünyasını dəyişən və anası, qardaşı ilə yaşamağa başlayan Kurt 4 il əvvəl Antalyada avtoservis sexində fəhlə kimi işə başlayıb. 2 ildir işlədiyi yerdən, son aylarda almadığı maaşını istəyəndə başına ağlasığmaz hadisələr gəlib.
Jurnalist Mehmet Yetimə danışan Vedat Kurtun iddialarına görə iş yerində ortaq olan 4 nəfər şəxs pulunu istədiyi üçün ona hər cür işgəncə veriblər. Gənci öncə elektrik cərəyanı ilə cəzalandırıblar. İşgəncələrin miqyası günü-gündən artıb. Daha sonra dişləri kəlbətinlə çəkilən Vedat Kurtu böcək yeməyə məcbur ediblər. Cinayətkarlar bu anı əks etdirən kadrları isə fotolarla əbədiləşdiriblər.
Kurtu 3 ay girov saxlayıb, ona vəhşicəsinə zorakılıq etməyə davam ediblər. Araşdırmalar zamanı təqsirləndirilən 4 şəxsin telefon qeydlərində işgəncə görüntüləri tapılıb. Bu faktlar Antalya şəhər Prokurorluğunun Ekspert Hesabatında yer alıb.