Levon Ter-Petrosyan xəstəxanalarda vaxt keçirir

Levon Ter-Petrosyan xəstəxanalarda vaxt keçirir
23 Apr 2024 12:40

Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyanın səhhəti pisləşib. News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Hraparak" nəşri eks-prezidentin dünən “Best Life” tibb mərkəzinə aparıldığını yazıb. İddia edilir ki, o adi müayinə üçün həkimlərə müraciət edib. Amma bu gün Ter-Petrosyan növbəti dəfə xəstəxanaya aparılıb. Keçmiş prezidentin mətbuat katibi Arman Musinyan yalnız siyasətçinin “Best Life” tibb mərkəzində olması xəbərini təsdiqləyib.

Qeyd edək ki, 79 yaşlı Levon Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistanın prezidenti olub. O, ölkəsinin ilk prezidenti sayılır.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər