Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirməyi hədəfləməyib, əsas vəzifə rus insanlarını qorumaq olub.
News365.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına verdiyi müsahibədə bildirib.
“Bir daha xüsusi vurğulamaq istəyirəm ki, biz heç vaxt sadəcə müəyyən torpaqları ələ keçirməkdən danışmamışıq. Nə Krım, nə Donbas, nə də Novorossiya torpaqları bizim məqsədimiz olmayıb. Məqsədimiz bu torpaqlarda əsrlər boyu yaşayan, bu torpaqları kəşv edən, onlar üçün qanını axıdan, həm Krımda, həm Donbasda Odessa, Nikolayev və digər şəhərlər, limanlar, zavodlar, fabriklər tikən rus insanlarını qorumaq olub”, — deyə nazir qeyd edib.