“Koroğlu”da qəzaya uğrayan taksi aşdı - VİDEO

“Koroğlu”da qəzaya uğrayan taksi aşdı - VİDEO
12 Apr 2025 10:13

Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.

News365.az xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb.

Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Görüntüləri təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada