Kiyev 4000 PUA aldı

Kiyev 4000 PUA aldı
23 Apr 2024 11:10

Müdafiə Təchizatları Agentliyi Ukrayna Silahlı Qüvvələri üçün 4000 "DJI Mavic" pilotsuz uçan aparatı alıb. News365.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin məqsədi Ukrayna Silahlı Qüvvələrini mümkün qədər çox pilotsuz təyyarə ilə təmin etməkdir”, - deyə Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bildirib.

Hesabatda qeyd olunur ki, bununla əlaqədar bağlanmış müqavilələrin ümumi məbləği 575,2 milyon qrivni təşkil edir. 

“Bir pilotsuz uçan aparatın orta qiyməti 126,9 min qrivni  ilə 194,2 min arasında dəyişir”, - deyə Müdafiə Nazirliyi bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər