KİV: Putin Trampa Ukraynanın Donetskdən çıxması şərtilə digər ərazilərdə cəbhəni dondurmağı təklif edib

KİV: Putin Trampa Ukraynanın Donetskdən çıxması şərtilə digər ərazilərdə cəbhəni dondurmağı təklif edib
16 Avq 2025 21:15

Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisini tərk etməsi şərti ilə Zaporojya və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını təklif edib.

News365.az xəbər verir ki, bu barədə BBC "Financial Times"a istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, yeganə şərt deyil: Putinin münaqişənin əsas səbəbləri adlandırılan amillərin aradan qaldırılması ilə bağlı digər əsas tələbləri də yerinə yetirilməlidir.

Kreml əsas səbəb kimi Ukraynada 2014-cü ildən formalaşmış siyasi sistemi, onun Avropa İttifaqı və NATO-ya inteqrasiya istəyini və Ukrayna Silahlı Qüvvələrinin güclənməsini adlandırır.

Tram Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışıqlarında bu təklifi çatdırıb.

Rusiya Donetsk vilayətinin təxminən 70%-ni tutur, qalan hissədə möhkəmləndiyi ərazilər və logistika habları var.


Sizin reklam burada
Sizin reklam burada