“Microsoft” korporasiyası bu il ixtisarların ikinci turunda 9 000 işçini ixtisar edəcək.
News365.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Şirkət sözçüsü bildirib ki, dəyişikliklər şirkəti bazarda ən yaxşı şəkildə yerləşdirmək üçün zəruridir.
Qeyd edək ki, ixtisarların ilk dalğası 2025-ci ilin mayında baş verib və azı 6 000 işçini əhatə edib. İyunda daha 300 nəfər işdən çıxarılıb.
"Associated Press" nəşrinin məlumatına görə, 2024-cü ildə şirkətin təxminən 228 min işçisi olub. Onların da təxminən 55 %-i ABŞ-dən idi.