Kimdir günahkar – MTK yoxsa, mənzil sahibi? - Bir şikayətin izi ilə

Kimdir günahkar – MTK yoxsa, mənzil sahibi? -  Bir şikayətin izi ilə
22 Apr 2024 14:38

Şəhərimizdə yeni binaların tikintisi, yeni massivlərin salınması gözəldir, təqdirəlayiqdir. Amma bu layihələrin icrası zamanı sakinlərinin incidilməsi qəbul edilməzdir. Təsadüfi deyil ki, redaksiyamıza bununla bağlı tez-tez şikayətlər daxil olur. Bu dəfəki şikayətçisə Bakı şəhəri Nəsimi rayonu Mireli Qaşqay 12,mən 19-da müvəqqəti kirayədə qalan yaşayan Məmmədova Səbinə İdrak qızıdır.

O ərizəsində bildirir ki,  Süleyman Rəhimov 201, mənzil 33 ünvanda yerləşən 44 kvadratmetrlik evimi “İcra Hakimiyyətinin nəzarəti altindadır,Dövlət proqramini yerinə yetiririk”-adıyla inandıraraq  "Yeni Ailə " MMC aldadaraq ələ keçirib:

“4 oktyabr  2018-ci il  tarixdə müqavilə bağladılar və söz verildi ki, 2-il ərzində ev hazır olacaq. Ev hazır olana qədər ayı 500 manat hər 3-aydan gec olmayaraq kirayə haqqı ödəmək adı ilə mənimlə  Fazil Məmmədovun imzası ilə  müqavilə bağlandı. Lakin, ötən müddət ərzində nə normal kirayə haqqı verirlər, nədə evi tam hazır vəziyyətdə təhvil vermirlər.  Deyirlər ki, “pulumuz yoxdu”.  Mən hər dəfə kirayə pulunu xidmət orqanları vasitəsilə alıram, hal-hazırda mənə aprel ayı ilə birgə 4500 manat pul borcludurlar”.

Şikayətçi daha sonra yazır:

“Döymədiyim qapı qalmayıb. Nəsimi  rayon Prakrorluğuna dəfələrlə müraciət etmişəm. 1dəfə müsbət cavab verilib, sonra onlarda bunları himayə edirlər. Yaqub Məmmədov Nəsimi Prakrorunun köməkçisi atır polisin üstünə ki, işi uzatsın. Dəfələrlə Nəsimi Rayon İcra hakimiyyətində olmuşam. İcra hakimiyyəti isə qarşı tərəfə dəstək durur.  Nəsimi İcra hakimiyyəti tikinti işləri üzrə kuratoru deyir düz edib kirayə pulunu vermirlər, (adı yadımda deyil). Müqavilə Fazil adlı şəxslə bağlansa da şirkətin sahibi Rasim  adli şəxsdir və dəfələrlə Rasimə müraciət etsəm də o əksər hallarda gizlənir, kirayə pulunu vermir.  Məlum olur ki, bu tikintidə vətəndaşlarla müxtəlif adamların adından müqavilələr bağlanılıb”.

Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrənmək istədik. "Yeni Ailə " MMC-nin nümayəndəsi Ziya Hacıyev News365.az-a açıqlamasında bildirdi ki,  Səbinə Məmmədova şikayətində haqlı deyil:

“Biz binanı müqavilə müddətində tikib başa çatdırmışıq. Və yeni binadakı mənzilin də açarlarını Səbinə xanıma vermişik. O da gəldi digər sakinlər kimi mənzilin təmirinə başladı. Sonra məlum olmayan səbəblərə görə təmiri dayandırdı. Bundan sonra isə bizdən kirayə haqqı tələb etməyə başladı. Qanunla biz mənzilin açarını təhfil verəndən sonra kirayə haqqı vermirik. Amma Səbinə xanım gəlib mənzilində yaşamır və bizdən haqsız yerə kirayə haqqı tələb edir”.

Ziya Hacıyev order məsələsinə də aydınlıq gətirdi:

“Sənədləri özəlləşdirmək üçün müvafiq orqanlara vermişik. Hazırda bu proses gedir. Yaxın zamanlarda digər sakinlər kimi Səbinə xanıma da mənzilin  dövlət reyestrindən çıxarış veriləcək”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər