Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi
19 Apr 2024 13:02

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.

News365.az manset.az-a istinadən xəbər verir ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hacıyev Hikmət Məhi oğlu Mülki Müdafiə Qoşunlarının kadrlar şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, H.Hacıyev bir müddət öncə Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.


Youtube kanalımız

Oxşar xəbərlər