Ötən gün ABŞ-nin Kaliforniya ştatının Esparto və Madison icmalarının yaxınlığında atəşfəşanlıq anbarında güclü partlayış baş verib.
News365.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Partlayış iyulun 1-i yerli vaxtla saat 18:00 radələrində olub və nəticədə güclü yanğın baş verib.
Partlayışın baş vermə səbəbi isə hələlik bəlli deyil.
Ölən və xəsarət alanlar barəsində məlumat yoxdur.