İsrailin hücumlarında 74 fələstinli həlak olub.
News365.az xarici mediaya istinadla xəbər verir ki, İsrailin Qəzzaya endirdiyi son hücumlar nəticəsində azı 74 nəfər həyatını itirib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar bir neçə yaşayış məntəqəsini əhatə edib, onlarla insan yaralanıb.
Müharibənin əvvəlindən bu günə qədər Qəzzada həlak olan fələstinlilərin sayı 37 min 900-ü keçib.