Qarabağ müharibəsində iştirak etmiş fransız jurnalist Ermənistana buraxılmadı

Qarabağ müharibəsində iştirak etmiş fransız jurnalist Ermənistana buraxılmadı
23 Apr 2024 12:04

Erməni əsilli fransız hərbi jurnalist Leo Nikolyan Ermənistan paytaxtındakı Zvartnots hava limanından videomüraciət yayıb. 

Sputnik Armeniyanın yaydığı məlumata görə, o, lentə aldığı videoda Ermənistana buraxılmamasından gileylənib. Qeyd edilir ki, fransız jurnalist aclıq aksiyasına başladığını da elab edib: "Jurnalistə pasport-nəzarət məntəqəsində onun ölkəyə girişinə qadağa qoyulması barədə məlumat verilib".

Fransa vətəndaşı ona hər hansı qərarın göstərilməməsindən də gileylənib:  "Birinci Qarabağ müharibəsində iştirak etmişəm və yaralanmışam. Bundan sonra uzun müddət Ermənistanda yaşamışam.  Nə qədər məni təyyarəyə mindirilib geri pulsuz qayıtmağa razı salmağa çalışsalar da, buradan getməyəcəyimi dedim".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər