İranda seçkilərin nəticələri təsdiqləndi - Xameneiyə təqdim olunacaq

İranda seçkilərin nəticələri təsdiqləndi - Xameneiyə təqdim olunacaq
07 İyl 2024 20:56

İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Bu haqda İRNA məlumat yayıb.

Şura nümayəndəsi Hadi Tahan Nazif bildirib ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb:

“İkinci turda iştirak edənlərdən heç biri şikayət etməyib.

Seçkilərin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının dini rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq”.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.

 


Sizin reklam burada
Sizin reklam burada