İranda dronlarla bağlı qadağa tətbiq edildi

İranda dronlarla bağlı qadağa tətbiq edildi
15:58

“İranda icazəsiz dron uçuşu qadağan edildi”.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, bu gün İran parlamentinin təsdiqi ilə ölkədə mühafizə statuslu hərbi, hüquq-mühafizə və təhlükəsizlik əraziləri üzərində mülki pilotsuz uçuş aparatlarının icazəsiz uçuşu qadağan edilib.

Bildirilir ki, dronlardan istifadə yalnız məkan məlumatlarını əldə etmək və çıxarmaq, o cümlədən xəritəçəkmə kimi statistik proqramlar əsasında mümkündür.


Sizin reklam burada
Sizin reklam burada