İki nəfəri öldürən ata və oğlundan xəbər var

İki nəfəri öldürən ata və oğlundan xəbər var
19 Apr 2024 11:23

Ali Məhkəmədə Yardımlıda əmisi və əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Kənan Nuroğlu və atası Nurəddin Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

News365.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib

Qeyd edək ki, tərəflər arasında mübahisə Nurəddin Kərimov və oğlu Kənanın kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən baş verib. Belə ki, qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin əraziyə gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxarıb və hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Nuroğlu ömürlük, Nurəddin Kərimov isə 17 il müddətə azadlıqdan məhrum ediliblər.


Youtube kanalımız

Oxşar xəbərlər