Sosial şəbəkələrdə İsrailin Təl-Əviv şəhərindəki "Ben-Qurion" aeroportu ərazisində partlayışların baş verdiyinə dair video paylaşılıb.
Yəməndəki "Ənsar Allah" hərəkatından olan qiyamçı husilərin buraxdığı ballistik raket hava limanı ərazisinə düşüb.
İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti hadisə ilə bağlı məlumat yayaraq bəyan edib ki, Yəmən ərazisindən buraxılan raketin qalıqlarının aeroport ərazisinə düşməsi qeydə alınıb.
"Ynet" nəşrinin məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb, ciddi dağıntılar var.
"Kan" dövlət teleradio şirkətinin məlumatına görə isə "Ben-Qurion" aeroportu raket atəşindən sonra təyyarələrin uçuşu və enişi üçün bağlanıb.