Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahı Seyid Haşim
Səfiuddinin əvəz edəcəyi gözlənilir.
News365.az xəbər verir ki, bu barədə İsrailin
“Ediot Aqarnot” qəzeti bildirib.
Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr
Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. “Hizbullah”ın yüksək vəzifəli
rəsmisi Həsən Nəsrullahın ana tərəfdən əmisi oğludur. O, hərəkatın İcraiyyə
Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın "ikinci
nömrəsi" hesab olunur.
2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi
tanıyıb.
Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq)
və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən
yüksək qurumu olan “Məclis əş-Şura”ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin
“Cihad Şurası”nın rəhbəri təyin olunub.
O, “Hizbullah”ın üç əsas liderindən biridir - digər ikisi
İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir. 2006-cı
ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi
göstərilib.
2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin
keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə
evlənib.