Hərbi komissarlığı yandırmaq istədi, 10 il iş kəsdilər

Hərbi komissarlığı yandırmaq istədi,  10 il iş kəsdilər
26 Apr 2024 16:09

Rusiyada həhkəmə hərbi komissarlığı yandırmağı planlaşdıran şəxsə ağır hökm oxuyub.

News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

Qeyd edilir ki, müstəntiqlərin sözlərinə görə, müttəhim 2022-ci ildə yanğın üçün lazım olan hər şeyi hazırlayıb və dostunu Permdəki hərbi komissarlıqlardan birinə hücuma dəvət edib. Onlar hətta planı həyata keçirməyin ən əlverişli yolunu tapmaq üçün birlikdə binaya baxış da keçiriblər.

Bundan başqa, məlum olub ki, həmin şəxs başqa bir tanışı ilə yazışaraq ona da hərbi komissarlığı yandırmağı təklif edib. Bunun xaricində digər təfərrüatlar açıqlanmayıb. Nəticədə müttəhim operativ şəkildə tutulduğu üçün planını həyata keçirə bilməyib. Həmin şəxsə qarşı terror aktına hazırlıq və başqalarını bu hərəkətə sövq etmə maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs on il müddətinə azadlıqdan məhrum edilib. O kəsilən bu cəzanın dörd ilini türmədə, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər