“Gürcüstanda
həssas dövrdür. Oktyabrın 4-də yerli icra orqanlarına seçkilər keçiriləcək. Bu
günə görünən odur ki, müxalif partiyaların bəziləri seçkini boykot edir, bəzilərində
isə əvvəlki aktivlik müşahidə olunmur”.
Bunu News365.az -la söhbətində gürcüstanlı soydaşımız,
həkim Vaqif Qarayev deyib. O əlavə edib ki, soydaşlarımızdan da seçkiyə
qoşulanlar var:
“Hamısına uğurlar
arzu edirəm! Marneulidə insident yaşanıb. Gürcü məmur gənc azərbaycanlını döyüb, gürcü dilini bilmədiyinə görə. Bu çox pis
haldır, təxribatdır! Dili bilmək lazımdır, amma dili bilmədiyinə görə kimisə döymək
vəhşilikdir! Dil məsələsinə görə uzun uzadı müzakirə açmaq olar. Hər iki tərəfin
haqlı-haqsız iradları olacaq. Seçkidə ayıq-sayıq olmaq lazımdır ki, heç kim döyülməsin.
Hamı haqqını tələb edə bilsin!”
News365.az