Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı
20:50

Gəncədə iki avtomobil toqquşub, piyada xəsarət alıb.

News365.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Niva” ilə digər minik avtomobili toqquşub. Qəzadan sonra avtomobillərdən biri yolun kənarında dayanan piyadanı vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)


Sizin reklam burada
Sizin reklam burada