Fransanın müdafiə naziri: “NATO-dan asılı olmayan ordu yaratmalıyıq“

Fransanın müdafiə naziri: “NATO-dan asılı olmayan ordu yaratmalıyıq“
26 Apr 2024 16:35

Fransanın müdafiə naziri Sebastien Lekornu Avropa ordusunun yaradılması ilə bağlı açıqlama yaydı.

Müdafiə nazirinin bu açıqlaması qitədə gündəm yaradıb.

Onun sözlərinə görə, 2025-ci ilə qədər Avropanın “müdaxilə qüvvəsi” olmalıdır.

“France 2” kanalında yayımlanan “4 Verites” proqramında qonaq olan Lekornu deyib ki, bu ordu NATO-dan asılı olmalı deyil.

Lekornu bildirib ki, Avropa “müdaxilə qüvvəsi” bütün Avropa vətəndaşlarının təhlükəsizliyini tez bir zamanda təmin etməyi bacarmalıdır.

Avropanın müdafiə baxımından ABŞ-dan müstəqil və suveren olması ilə bağlı fikirlərini bölüşən Lekornu bu layihənin 2025-ci ilə qədər həyata keçirilməsi üçün avropalı tərəfdaşlarla danışıqlara başladığını bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər