Fransada məktəbdən təxminən 1 200 nəfər təxliyə edilib

Fransada məktəbdən təxminən 1 200 nəfər təxliyə edilib
09 Fev 2026 22:00

Fransanın cənubunda, Antib şəhərində yerləşən məktəbdən təxminən 1 200 nəfər təxliyə edilib.

News365.az xəbər verir ki, bu barədə "Nice-Matin" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, polis məktəbin əməkdaşlarını və şagirdlərini sındırılmış hesab vasitəsilə "Pronote" proqramında yayılan bildirişdən sonra təxliyə edib.

Məktəbdə hər hansı partlayıcı qurğu aşkarlanmayıb.

Nice-Matin qeyd edir ki, Antibdə bu, bomba ilə bağlı yalan məlumat səbəbindən baş verən ikinci təxliyə halıdır.

Fevralın 5-də şəhərin digər məktəbindən 500 nəfər təxliyə edilmişdi.


Sizin reklam burada
Sizin reklam burada