“Ermənistanın daxilində bundan öncə də etirazlar var idi“- Millət Vəkili

“Ermənistanın daxilində bundan öncə də etirazlar var idi“-  Millət Vəkili
23 Apr 2024 10:17

"Azərbaycan tarixi günlərini, anlarını keçirir. Rus sülhməramlılarının getməsindən sonra, münaqişə olmadan, güllə atılmadan anklav olunmayan 4 kəndin geri qaytarılması böyük məsələdir. Ermənistanın daxilində bundan öncədə etirazlar var idi". 

News365.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Kərimli deyib. TV365-ın qonağı olan deputat Ermənistanda baş verən etirazların iki istiqamətdə olduğunu qeyd edib:

"Nikol Paşinyan dəfələrlə parlamentdə də çıxış etmişdir, nazirlər kabinetində olan iclasında açıq-aydın izahlar vermişdi ki, bu kəndlər Azərbaycanın kəndləridir, qaytarılmalıdır. Ermənistanda baş verən etirazlar iki istiqamətdədir. Bir səbəbi budur ki, ümumiyyətlə kəndlərin verilməməsini istəyirlər. İkinci istiqaməti bundan ibarətdir ki, Azərbaycan orudusu həmin ərazilərə yerləşəcək, cəbhə xəttləri yarılacaq. Əslində Azərbaycanla Ermənistan arasında Tavuş ərazisində başqa vasitəçilər olmadan 4 kəndin qaytarılmasını dünya dövlətləri alqışlayır. Birgə kamissiyanın işində də qeyd olunub ki, həmin ərazidə Ermənistan və Azərbaycan tərəfindən sərhəd qoşunları yerləşəcək. Azərbaycan ordusu deyil. Ermənilərin narahatçılığı burda əsasdır. Sadəcə olaraq Qərbdə və onların proksi uzantıları olan Ermənistandakı qüvvələr istəmirlər ki, bu məsələdə sülh irəliləsin, Azərbaycanla Ermənistan arasında etimad bir qədər möhkəmlənsin"- deyə vurğulayıb.  

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər