“Ermənistan özü üçün arxa, dayağı Qərbdə axtarır“- Sahil Kərimli

“Ermənistan özü üçün arxa, dayağı Qərbdə axtarır“-  Sahil Kərimli
27 Apr 2024 11:37

"Son illər Paşinyan hakimiyyəti daha çox qərb yönlü siyasət həyata keçirməyə başlayıb".

Politoloq Sahil Kərimli bunu News365.az-a açıqlamasında bildirib

"Son illər Ermənistan rəhbərləri Rusiya ilə münasibətləri o qədər gərginləşdirib ki, demək olmaz ki, Rusiya ilə münasibətlər hər hansısa bir məcrasına düşə bilər, və yaxud da münasibətlərdə yaxınlaşma ola bilər. Çünki son illər Paşinyan hakimiyyəti daha çox qərb yönlü siyasət həyata keçirməyə başlayıb. Qərbdən müəyyən dividentlər əldə etmək üçün Qərb, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqına daxil olan ölkələrlə daha sıx münasibətlər yaratmağa çalışıb və Ermənistan özü üçün arxa, dayağı Qərbdən və Avropadan axtarmağa çalışıb"-deyə əlavə edib.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər