“Ermənistan dövləti süni təməllər üzərində qurulub“- Politoloq

“Ermənistan dövləti süni təməllər üzərində qurulub“-  Politoloq
18 Apr 2024 16:00

"Nikol Paşinyan daxili və xarici siyasətini dəyişərək, Azərbaycanın sülh mesajlarına uyğun hərəkət etməyə başlayıb". 

Politoloq Qədir Aslan bunu News365.az-a açıqlamasında deyib.

"Ermənistan dövləti süni təməllər üzərində, Azərbaycan torpaqları üzərində qurulub.  5 aprel döyüşündə vədlər vermişdilər ki, Cənubi Qafqazda  yeni Avropa və Amerika dizaynında Müstəqil erməni dövləti  inşa etmək istəkləri var. Biz hadisələrin önündən qaçmaq istəmirik. Ancaq bu hamıya aydındır ki, Amerika, Fransa, Rusiya illərlə birləşib, milyardlarla pul tökdülər ki, Ermənistan dövləti əmələ gəlsin, ayağa dursun hətta ətrafdakı dövlətləri işğal etmək bahasına tarixi fakt kimi ortaya çıxsın. Amma nəticə etibarı ilə həqiqət, Azərbaycan ordusu sahəsində gün işığı gördü"- deyə əlavə edib.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər