Ermənilər Qazaxla sərhəddə minaları təmizləyir - VİDEO

Ermənilər Qazaxla sərhəddə minaları təmizləyir -  VİDEO
22 Apr 2024 13:11

Azərbaycana qaytarılması nəzərdə tutulan Ermənistanın Tavuş vilayətindəki Aşağı Əskipara kəndinin sakinlərinin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.

News365.az xəbər verir ki, bu barədə erməni mediasına kənd sakinləri məlumat veriblər.

Məlumata görə, hazırda ərazidə 20-25 istehkamçı işləyir.

Qeyd edək ki, Azərbaycanla delimitasiyanın nəticələrinə əsasən, sərhəd xətti kilsənin yaxınlığından keçəcək. Aşağı Əskipara kəndində yaşayan ermənilər kilsə ərazisini minalayıblar.


Youtube kanalımız

Oxşar xəbərlər