Dünya mediası tapılan "kabus uşaqlar"dan yazır - VİDEO

Dünya mediası tapılan "kabus uşaqlar"dan yazır - VİDEO
02 İyl 2025 14:45

İtaliyada məktəb yaşında olmasına baxmayaraq uşaq bezi taxan və anlaşılmayan dildə danışan iki uşaq tapılıb. Bu barədə “Metro” məlumat yayıb.


Polis 9 və 7 yaşlı qardaş-bacını Turin yaxınlığındakı tərk edilmiş fermada tapıb. Onlar sel təhlükəsi ilə əlaqədar təxliyə zamanı aşkarlanıblar. Uşaqlar çirkli halda olublar: "Onlar uşaq bezi geyiniblər və yalnız özlərinə məxsus anlaşılmaz dildə danışa biliblər. Məlum olub ki, valideynlər onları heç vaxt məktəbdə qoymayıb və tibb müəssisələrində qeydiyyatdan belə keçirməyib". 

Bu qəribə olaydan xəbər tutan İtaliya mediası balacaları “kabus uşaqlar” adlandırmağa başlayıb. Bu hadisə "The Sun", "DailyMail" və digər məşhur saytarın da gündəminə çevrilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada