Sabah “Qarasu-Abdulabad” yeraltı daşıyıcı qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar Sabirabad və Hacıqabul rayonlarının bəzi kəndlərində qaz olmayacaq.
Bu barədə News365.az-a SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
""Qarasu Əhali" qaz ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE orta təzyiqli “Qarasu-Abdulabad” yeraltı daşıyıcı qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar 03.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 16 kəndində - Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yollçubəyli, Narlıq, Zəngənə kəndlərində (ümumi 7255 abonent), Hacıqabul rayonunun 9 kəndində - Abdulabad, Kolanı, Talış, I Meyniman, II Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (ümumilikdə 2315 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır", - məlumatda qeyd olunur.