Çin ABŞ-Rusiya START müqaviləsinin müddəti bitdikdən sonra qlobal silahlanma yarışı qorxusuna səbəb olan nüvə danışıqlarına bu mərhələdə qoşulmayacaq.
News365.az xəbər verir ki, bu barədə Pekinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan məlumat yayıb.
"Çinin nüvə imkanları ABŞ və Rusiyanın imkanlarından tamamilə fərqli miqyasdadır və bu mərhələdə nüvə tərk-silahı danışıqlarında iştirak etməyəcək", - o bildirib.