Aparıcı-müğənni Murad Arif Rusiyaya məxsus bəzi televiziya kanallarının Azərbaycanda yayımına qarşı sərt mövqe nümayiş etdirib. O, sosial şəbəkə üzərindən televiziya provayderlərinə açıq çağırış edib.
News365.az xəbər verir ki, Murad Arifin paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. O, açıq şəkildə bildirib:
"Azərbaycan ərazisində yayımlanan bütün kabel TV-lərə səslənirəm!
Çox hörmətli KATV, Ailə TV, CityNet, B&B, Connect, Uninet, ATV+ və başqaları, xalqımızı təhdid edən və alçaldan kanalları yayımınıza daxil etməyin!
Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb!
Onlar bilməlidirlər ki, biz, xalq olaraq, baxmırıq!"
Murad Arifin bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən həmrəyliklə qarşılanıb. Bəzi tanınmışlar, o cümlədən prodüser-aparıcı Tarix Əliyev (Tolik) onun boykot çağırışına qoşulub.