“Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur“ - Joze Mourinyu

“Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur“ -  Joze Mourinyu
23 Apr 2024 18:07

Portuqaliyalı mütəxəssis Joze Mourinyu məşqçilik karyerasını bitirmək niyyətində olmadığını deyib.

 "The Telegraph" onun sözlərini belə çatdırıb:

"Mənim 61 yaşım var və bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur. Heç bir halda! Qarşıda məni hələ uzun karyera gözləyir".

Xatırladaq ki, Mourinyunun son iş yeri İtaliyanın "Roma" klubu olub. Sözügedən çalışdırıcı "canavarlar"ın baş məşqçi postundan bu ilin yanvarında ayrılıb.


Youtube kanalımız

Oxşar xəbərlər